Top.Mail.Ru
DÜNYA

İspaniyaya gedən 40-dan çox miqrant həlak olub

Hüquq müdafiəçiləri İspaniyanın Kanar adalarına gedən yolda 40-dan çox miqrantın həlak olduğunu bildiriblər.

“Kaim” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sərhədləri keçərək” qeyri-hökumət təşkilatının rəhbəri Yelena Maleno özünün tvitterdəki hesabında bildirib.

Qayıq Daxla bölgəsində (Qərbi Saxara) sahildən ayrıldıqdan yarım saat sonra aşıb.

Məlumata görə, həlak olanlardan 30-u qadın, 8-i uşaq, 4-ü kişidir. Hadisə zamanı 10 nəfər sağ qalmağa müvəffəq olub.

Hüquq müdafiəçilərinin məlumatına görə, İspaniyaya gedən yolda cari ilin yalnız birinci altı ayı ərzində 2 087 miqrant həlak olub.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button