Top.Mail.Ru

DÜNYA

Cozef Bayden: ABŞ “delta” ştammının öhdəsindən gələ biləcək

Birləşmiş Ştatlar koronavirusun “delta” ştamının ölkə ərazisində çox sürətli yayılmasını dayandırmağa qadirdir, necə ki, SARS-CoV-2-in birinci dalğasının öhdəsindən gələ bildi.

“Kaim” TASS-a istinadən xəbər verir ki, belə fikirlə Ağ Evdə jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti Cozef Bayden çıxış edib.

“Necə ki, biz orijinal COVID-19-a qalib gəldik, Amerika “delta” ştammına qalib gələ bilər. Bu, bizdə alınacaq. Buna görə, mütəxəssislər məsləhət görürlər ki, qoruyucu maskalar taxasınız, elə bu gün peyvənd olunun – bütün bunlar insan həyatlarını xilas edəcək”, – dövlət başçısı deyib.

Loading...
Yazının davamı reklamdan sonra

O, qeyd edib ki, Amerika hakimiyyəti son yeddi ay ərzində COVID-19-dan ölüm faizini 90 faiz azaldıb. Hazırda təxminən 193 milyon amerikalı heç olmasa koronavirus vaksininin bir dozasını alıb. Bu halda təxminən 165 milyon sakin tamamilə peyvənd edilib.

Daha əvvəl Ağ Ev rəhbəri bildirib ki, ABŞ-da “delta” ştamının yayılmasının səbəb olduğu yeni koronavirus dalğası şəraitində vəziyyət normala dönməzdən əvvəl pisləşəcək. Cozef Baydenin sözlərinə görə, “delta” ştammı çox asanlıqla yayılır və yeni infeksiya dalğasına səbəb olur.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button