Top.Mail.Ru

DÜNYA

Pakistanda 106 yaşlı qadın koronavirusun “delta” ştamından sağalıb

Pakistanın koronavirusun “delta” ştamına yoluxmuş 106 yaşlı sakini sağalıb.

“Kaim” xəbər verir ki, bu barədə “ARY News” telekanalı bildirib.

Telekanalın məlumatına görə, 106 yaşlı Hasin Bibi Karaçi şəhərinin xəstəxanalarından birində müalicə keçib və sağaldıqdan sonra koronavirus pasiyentləri üçün bölmədən evə buraxılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Bildirilir ki, xəstəxananın heyəti və ailəsi bu münasibətlə tort kəsərək, uzunömürlü qadının sağalmasını bayram edib.

Koronavirusun B.1.617 variantı ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb, amma sonra üç onun yarımnövü qeydə alınıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button