Top.Mail.Ru

DÜNYA

Yunanıstanda meşə yanğını qurbanlarının sayı artır

Yunanıstanda meşə yanğınları qurbanlarının sayı artaraq, iki nəfərə çatıb.

“Kaim” xəbər verir ki, bu barədə “BBC News” bildirib.

Məlumata görə, Afina Ticarət Palatasının prezidenti Konstantinos Mixalos təbii fəlakətin ikinci qurbanı olub. Onun meyiti alovlanma yerinin yaxınlığında tapılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Daha əvvəl meşə yanğınları nəticəsində aşmış elektrik dirəyinin zərbəsindən bir nəfərin həlak olması barədə bildirilib.

Yanğınlar nəticəsində həmçinin daha 20 nəfər xəsarət alıb.

Qeyd edilir ki, ölkənin altı rayonu yüksək hazırlıq vəziyyətinə gətirilib.

Ən güclü yanğınlar Afinanın şimalında başlayıb, ölkədə ümumilikdə 154 alovlanma mərkəzi qeydə alınıb.

Yunanıstan və Avropa Birliyinin hakimiyyəti yanğınları iqlim dəyişikliyinin nəticəsi adlandırıb.

Meşə yanğınları həmçinin Türkiyədə, İtaliyada və Şimali Makedoniyada da tüğyan edir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button