Top.Mail.Ru

DÜNYA

Kuba kiçik və orta biznesi leqallaşdırıb

Kubanın kommunist hökuməti ötən ay dövlət əleyhinə kütləvi etirazlardan sonra kiçik və orta şəxsi biznesi leqallaşdırıb.

“Kaim” xəbər verir ki, bu barədə “BBC News” bildirib.

Yeni qaydalara görə müəssisələrin 100-ə qədər işçi sayı ilə fəaliyyətinə icazə veriləcək. Prezident Miqel Dias-Kanel bildirib ki, Kuba öz iqtisadi modelinin yenilənməsi üzrə qətiyyətli addımlara təşəbbüs edir.

Loading...
Yazının davamı reklamdan sonra

Daha əvvəl Kuba hakimiyyəti ölkədə baş verən iğtişaşlardan sonra, səyahət edənlərə müvəqqəti olaraq ərzaq və dərman idxalının rüsumsuz idxalına icazə verib.

Tənqidçilər hesab edirlər ki, hökumətin planları ölkədə iqtisadi böhrana görə keçirilən iyul etirazlarına görə sürətləndirilib. Vətəndaşlar koronavirus vaksinlərinə giriş tələb edir, həmçinin yoxsulluğa və defisitə qarşı etiraz edirdilər, onlarr sonra hökumətin siyasətinə və hakimiyyətə qarşı çıxmağa başladılar. Havanada bildirirdilər ki, bu nümayişlərin təşkilinin arxasında ABŞ dayanır. Aksiyallarda onlarla etirazçı həbs edilib. Hakimiyyət bildirib ki, aksiyalar zamanı bir nəfər həlak olub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button