Top.Mail.Ru
DÜNYA

Rusiyanın erməni əsilli boksçusu silahlı hücumda şübhəli bilinərək saxlanılıb

Rusiyanın erməni əsilli peşəkar boksçusu Arutyun Avetisyan paytaxt Moskvada silahlı hücumda şübhəli bilinərək saxlanılıb.

Bu barədə “Kaim” TASS-a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, hücum avqustun 4-də Stalevarov küçəsində kafelərdən birinin ətrafında olub. Avetisyan və daha bir neçə nəfər Moskva sakinində külli miqdarda pulun olduğunu bilərək, qabaqcadan cinayət əməli planlaşdırmaqla ona hücum ediblər.

“Avqustun 4-də Stalevarov küçəsində bir neçə şəxs tapançaya oxşar predmetlə hədələyərək, kişinin 900 min rublunu qarət ediblər, bundan sonra hadisə yerindən qaçaraq gizləniblər. Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.

Avqustun 5-də cinayətdə şübhəli bilinən 1995-ci il təvəllüdlü şübhəli şəxs cinayət axtarışının əməkdaşları tərəfindən saxlanılıb”, – polisdən bildirilib.

“Kişiyə silahlı hücumda şübhəli bilinən boksçu Arutyun Avetisyan saxlanılıb”, – mənbə TASS-a əlavə edb.

Xatırladaq ki, daha əvvəl Rusiyanın dünya çempionunu qətlə yetirən ermənilər azadlıqdan məhrum olunublar.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button