Top.Mail.Ru
DÜNYA

Latviyada təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alan var

Latviyada özəl təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub, sərnişin isə müxtəlif xəsarətlər alıb.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Polisi bildirib.

“Bu gün saat 13:30 radələrində Dövlət Polisi Sessisk əyalətində, Priekulsk aerodromunda təyyarənin qəzaya uğraması barədə informasiya alıb. Hadisə yerində Dölət Polisi işləyir və qəzanın başvermə şəraitini müəyyənləşdirir.

Qəza nəticəsində təyyarənin sərnişini zərər çəkib, o tibb müəssisəsinə çatdırılıb, amma pilot həlak olub”, – Dövlət Polisinin tvitterdəki xəbərində deyilir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button