DÜNYA
Türkiyədə mülki şəxsləri qətlə yetirən terrorçular Suriyada məhv edilib

Türkiyənin Hərbi Qüvvələri Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib.
“Kaim” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bununla bağlı əməliyyat Tal-Rıfatın şərqində Zaviyan və Şaalada, Tal-Cidcan və Tal-Unayb yaşayış məntəqələrində keçirilib.
Qeyd edilir ki, məhv edilmiş terrorçulardan birinin avqustun 5-də iki nəfərin həlak olması ilə nəticələnən hücumda iştirak etdiyi müəyyənləşdirilib.
Mənbə
KAİM.az