Top.Mail.Ru

DÜNYA

​​​​​​​Meksikada silahlılar əyləncə gecəsinin iştirakçılarını güllələyiblər

Meksikanın Quanaxuato ştatında növbəti kütləvi qətl törədilib.

“Kaim” xəbər verir ki, bu barədə yerli KİV bildirib.

Məlumata görə, naməlum silahlılar səkkiz nəfəri güllələyiblər.

Loading...
Yazının davamı reklamdan sonra

“Bazar günü gecə Santa-Mariya ərazisində əyləncə gecəsinə toplaşmış yeddi kişi və bir qadın öldürülüb”, – yerli hakimiyyətə istinadən “Sol de Irapuato” nəşrinin məlumatında deyilir.

Daxili İşlər Nazirliyinin rəhbəri Libiya Qarsiya tvitterdəki bloqunda hücumu pisləyib və təqsirkarları tapmağa söz verib. İş İctimai Təhlükəsizlik Nazirliyi və ştat prokurorluğu tərəfindən birgə araşdırılır.

Qeyd edək ki, daha əvvəl həmin bələdiyyədə spirtli içkilər mağazasına hücum olub. Hadisə zamanı dörd kişi öldürülüb, daha üç qadın güllə yaraları alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button