Top.Mail.Ru
DÜNYA

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Rusiyada sərnişin avtobusunun Saratov şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 13 nəfər xəsarət alıb.

“Kaim” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, zərərçəkənlərdən 12-i sərnişinlərdir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ağır vəziyyətdədir. Hadisə zamanı həmçinin avtobusun sürücüsü də xəsarət alıb, lakin o, xəstəxanaya yerləşdirilmədən imtina edib.

Qəza zamanı avtobusda ümumilikdə 22 nəfər olub. Onlardan 2-si sürücülərdir.

Qeyd edilir ki, qəzaya uğrayan Belqorod-Saratov marşrutu üzrə hərəkət edən avtobusdur. Məlumata görə, nəqliyyat vasitəsi hərəkətdə olarkən aşıb. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button