DÜNYA
Rusiyada metallurgiya kombinatında partlayış olub

Rusiyada Lipesk metallurgiya kombinatının tikilməkdə olan Novolipesk sexində partlayış baş verib.
“Kaim” TASS-a istinadən xəbər verir ki, məlumatı fövqəladə hallar qurumu yayıb.
Partlayış səhər saatlarında oksigen-paylayıcı məntəqədə qeydə alınıb. Partlayışdan sonra yanğın olub.
Xəsarət alan və itki barədə hələlik məlumat yayılmayıb.
Partlayışın səbəbi araşdırılır.
Mənbə
KAİM.az