Top.Mail.Ru

DÜNYA

Gürcüstanda açıq havada maska taxmaq yenidən məcburi olacaq

Sabahdan, avqustun 10-dan etibarən Gürcüstanda 5 nəfərdən çox adamın toplaşaçağı açıq havada qoruyucu maskadan taxmaq məcburi olacaq.

“Kaim”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərarın səbəbi ölkədə son zamanlar epidemioloji vəziyyətin kəskinləşməsidir.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, qonşu ölkədə açıq havada maskadan istifadə tələbi iyunun 22-dən ləğv olunub. Qapalı məkanda fərdi qoruyucu vasitədən istifadə qaydası isə qüvvədədir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button