Fransada katolik kilsəsinin keşişi qətlə yetirilib.
“Kaim” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jerald Darmanen tviter hesabında yazıb.
Onun yazdığına əsasən, hadisə Fransanın qərbindəki Vandey bölgəsində baş verib.
“Vandeydə keşişin faciəvi qətlindən sonra ölkəmizdəki bütün katolikləri dəstəkləyirəm. Mən hadisə yerinə gedirəm”, – deyə nazir bildirib.
Yerli media xəbər verir ki, 2020-ci ildə Nant şəhərində kilsəni yandırmaqda şübhəli bilinən, Ruandadan olan qaçqın avqustun 9-da jandarmeriya idarəsinə gedərək keşişi öldürdüyünü etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Quelle indignité ! Plutôt que de dire sa compassion aux catholiques qui ont accueilli ce meurtrier, madame le Pen polémique sans connaître les faits : cet étranger n’était pas expulsable malgré son arrêté d’expulsion tant que son contrôle judiciaire n’était pas levé. https://t.co/eZh3r4OdJr