Top.Mail.Ru
DÜNYA

“Türkiyə Putinə şok yaşatdı” – Rusiya mətbuatı

“Türkiyənin Keçmiş Sovet torpaqlarına müdaxilə etməsi Moska üçün böyük zərbədir”

KAİM.az xəbər verir ki, Moskovsky Komsomolets qəzetində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımı Rusiyanın ərazisi kimi qəbul etmədiyini yazıb. Ərdoğana görə Krım 1783-cü ildə ədalətsiz şəkildə Osmanlıdan alınaraq Rusiyanın tərkibinə qatılıb. Yazıda Qarabağ hadisələrini nəzərə alaraq Türkiyənin keçmiş Sovet torpaqlarına qədər müdaxilə etməsi Putin üçün böyük şok olduğu deyilir: “Bu gün Cənubi Qafqazda hamı Rusiyaya qəzəblidir. Indi isə ermənilər Rusiyanın onları yanlız buraxdığını düşünürlər. Azərbaycana görə isə Moskvadan ermənilərə dəstək verilir. Azərbaycanın Türkiyənin dəstəyi ilə Qarabağı geri qaytarması Moskvanı təşvişə salıb. Hansı tərəfdən baxılır baxılsın üstünlük Ərdoğanda olacaq. Ərdoğan orta Asiyada çox fəal bir liderdir”

“Nezavisimaya Qazeta” bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərindən və silah istehsalı sahəsində işbirliyindən də yazıb. Bu Türkiyənin siyası fəallığının təkcə Qarabağ hadisələri ilə kifayətlənmədiyini göstərir.

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button