DÜNYA
Portuqaliyada peyvənd əleyhdarı olan ailə üzvləri ölüb

İngiltərənin Kardiff əyalətinin sakini Frensis Qonsalveşin COVID-19 əleyhnə peyvənd olunmaqdan imtina edən anasını, atasını və qardaşını itirib. Həmin şəxslər koronavirusdan ölüblər.
“Kaim” xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.
Frensisin atasının 73, anasının 65, qardaşını 40 yaşı varmış. Onların hamısı Portuqaliyada yaşayıblar. Qohumlar peyvənd edilmək istəməyiblər, buna görə də vaksinləmənin rəqibinin yaydığı yalan məlumatın qurbanı olublar.
“Onlar ətraflarında aparılan (ailənin üzvləri-red) vaksinləməyə qarşı təbliğatın təsiri altına düşdülər. Bu, qorxan insanlara qarşı hesablanıb və onlar tələyə düşürlər”, – Qonsalveş deyib.
Mənbə
KAİM.az