DÜNYA
Fransada radikalçılıq iddiası ilə məscidlər bağlanır

Fransa höküməti ölkədə daha bir məscidin fəailiyyətini dayandırılacağını deyib.
KAİM.az xəbər verir ki, Fransa Daxili İşlər naziri Gerald Darmanin məscidin bağlanmasına səbəb ölkədə radikallaşmağa qarşı mübarizə olduğunu deyib. Darmanin, son 3 ildə ölkənin “radikallaşdığını” iddia edərək məscidlər də daxil olmaqla 356 yerin bağlandığını və 411 əcnəbinin deportasiya edildiyini bildirib. Darmanin 13 oktyabrda, “radikal islamçılığa qarşı mübarizə” iddiası ilə keçən aydan bəri ölkədə 12 məscidin, özəl məktəblərin, dərnəklərin və iş yerlərinin, ilin əvvəlindən bu yana isə 73 məscidin bağlanıldığını elan etdi.
Şəbnəm Zahir
KAİM.az