Top.Mail.Ru

DÜNYA

KXDR Çinin ABŞ-la birgə hərbi təlimlərini pisləyib

Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin şöbəsinin sədr müavini Kim E Çjon Cənubi Koreya və ABŞ-ı birgə hərbi təlimlərə görə tənqid edib.

“Kaim” xəbər verir ki, bu barədə STAK bildirib.

“ABŞ-ın və Cənubi Koreyanın silahlı qüvvələri sonda daha çox qeyri-sabitliyə imkan yaradan birgə hərbi təlimlərə başladılar”, – Kim E Çjonun bəyanatında deyilir.

Loading...
Yazının davamı reklamdan sonra

O, Cənubi Koreya hakimiyyətinin təlimlərə başlamaq qərarı ilə bağlı təəssüfünü ifadə edərək, bu hərəkətləri “xəyanət” adlandırıb.

“Biz istənilən hərbi əməliyyatlara tez reaksiya vermək üçün milli müdafiəmizi gücləndirəcək və qabaqlayıcı imkanlarımızı artıracağıq”, – Kim E Çjon əlavə edib.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimləri ənənəvi olaraq hər il avqustda keçirilir.

Çərşənbə axşamı hər iki ölkə gələn həftə start verilməli olan təlimlərlə bağlı ilkin hazırlıq işlərinə başlayıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button