Top.Mail.Ru
DÜNYA

Rusiya Tacikistandakı hərbi arsenalını gücləndirir

Rusiya Tacikistandakı hərbi bazasının silah arsenalına yeni atıcı silahlar, habelə “Verba” Raket Əleyhinə Zenit Kompleksi daxil edib.

“Kaim” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Mərkəzi Hərbi Dairəsi yayıb.

“201-ci hərbi bazaya yeni avtomat – Kalaşnikov “AK-12″, “Makarov”u əvəzləyəcək “Yarıqin” tapançaları, iriçaplı “ACBK-M” snayper tüfəngləri, alovsaçanlar və “Verba” Raket Əleyhinə Zenit Kompleksi daxil olub”, – məlumatda bildirilib.

Bu silah və hərbi texnikalar Rusiya, Tacikistan və Özbəkistanın Əfqanıstanla sərhəddə keçirdikləri birgə təlimlərdə istifadə olunub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button