Top.Mail.Ru

DÜNYA

ABŞ hərbçilərinə kömək edən minə yaxın şəxs Əfqanıstandan çıxarılıb

Əfqanıstanda hərbi kampaniya zamanı Amerika əsgərlərinə kömək edən minə yaxın əfqan xüsusi immiqrasiya proqramı çərçivəsində artıq ABŞ-a təxliyə edilib.

“Kaim” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsləri ABŞ-a gətirmək üçün altı aviareys həyata keçirilib:

Loading...
Yazının davamı reklamdan sonra

“Xüsusi immiqrasiya proqramı çərçivəsində minə yaxın şəxsi və onların ailə üzvlərini köçürdük. 10 avqust tarixinə bu rəqəm 995-dir. Təhlükəsizlik baxımından ABŞ hakimiyyəti digər uçuşlarla bağlı planları açıqlamayacaq. Proqram çərçivəsində Virciniyadakı Fort-Li hərbi bazasına gətirilən əfqanların təxminən 60% -i yeni həyata başlamaq üçün artıq bu obyekti tərk ediblər”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button