DÜNYA
Ukrayna təyyarələri Türkiyədəki yanğın bölgələrinə 856 ton su daşıyıb

Ukraynaya məxsus təyyarələr Türkiyənin yanğından zərər çəkmiş bölgələrinə 856 ton su çatdırıb.
“Kaim” “Anadolu”ya istinadən xəbər verir ki, Ukrayna təyyarələri ümumilikdə 107 uçuş gerçəkləşdirib. Bu ölkənin təyyarələri ilə son sutka ərzində 9 uçuşla Muğla bölgəsindəki yanğınların söndürülməsinə 72 ton su sərf olunub.
Qeyd edək ki, Ukrayna 30 iyul tarixində Türkiyəyə yanğınların söndürülməsi üçün 2 ədəd “AN-32 P” tipli təyyarə göndərib.
Coşqun Əliyev
Mənbə
KAİM.az