Top.Mail.Ru
DÜNYA

Türkiyənin şəhərlərində sel zamanı 2 nəfər ölüb, 1 nəfər itkin düşüb

Türkiyənin Kasatmonu, Bartın və Sinop şəhərlərində leysan yağışlar bir sıra fəsadlar törədib.

“Kaim”un “Haber Global”a istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Qeyd edilir ki, leysan yağışların səbəb olduğu sel nəticəsində Kastamonuda 2 nəfər ölüb, Bartında 1 nəfər itkin düşüb.

Təbii fəlakət hər üç şəhərə ciddi ziyan vurub, bir sıra ciddi fəsadlara yol açıb. Hazırda bu yaşayış yerlərində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə xidmətləri həyata keçirilir, təxliyə işləri görülür.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button