Top.Mail.Ru

DÜNYA

“Taliban” Əfqanıstan hökumətinin təklifini qəbul etməyib

“Taliban” rəsmi Kabilin atəşkəs qarşılığında hakimiyyətin bölünməsi təklifini qəbul etmir.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bunu “Taliban” qruplaşmasının nümayəndəsi Zəbiullah Mücahid bildirib.

“Bizim hədəfimiz xarici müdaxiləyə son qoyub, ölkədə islam hakimiyyəti qurmaqdır. Əgər onlar (rəsmi hakimiyyəti nəzərdə tutur-red.) buna razılıq versələr, biz sülhə hazırıq. Əgər Kabil tələblərimizi yerinə yetirməyə hazır deyilsə, onda bizə mübarizəni davam etdirib, cihad etmək qalır”, – Mücahid bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Bundan əvvəl hərəkatın rəsmi nümayəndəsi Zabihulla Mücahid özünün tvitterdəki səhifəsində Herat, Qəndahar, Gülmənd və Badqisin “taliblər”in əlində olduğunu xəbər vermişdi.

Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən “Taliban”la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button