Top.Mail.Ru

DÜNYA

NATO Əfqanıstan hakimiyyəti ilə əlaqələrini davam etdirəcək

NATO Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

“Kaim” Rusiya KİV-ə istinadən məlumatına görə, bəyanatda deyilir ki, NATO Kabildə diplomatik mövcudluğunu saxlamağı planlaşdırır və Əfqanıstan hakimiyyəti ilə qarşılıqlı əlaqələri davam etdirəcək.

Sənəddə bildirilir ki, təşkilat Əfqanıstanda vəziyyəti yaxından izləyir: “Buna baxmayaraq, diplomatik korpus nümayəndələrinin təhlükəsizliyi ittifaq üçün vacibdir”.

Loading...
Yazının davamı reklamdan sonra

Bununla yanaşı, Alyans Əfqanıstanı ələ keçirəcəyi təqdirdə “Taliban” hakimiyyətini tanımaqdan imtina edəcəyini bəyan edib. NATO-nun Baş katibi Yens Stoltenberq bundan əvvəl demişdi ki, “Taliban” hakimiyyəti təhvil alacaqları təqdirdə beynəlxalq birlik tərəfindən tanınmayacağını anlamalıdır.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button