DÜNYA
Türkiyədə 27 şagird yol qəzasında xəsarət alıb

Türkiyədə Quran kursunun şagirdlərinin olduğu mikroavtobus qəzaya düşüb.
“Kaim” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikroavtobus Kayseri-Kahramanmaraş şosesində idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində 27-si şagird olmaqla 29 nəfər yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır. Yaralılar Pınarbaşı dövlət xəstəxanasına çatdırılıb.
Loading...
Yazının davamı reklamdan sonra
Yol qəzası ilə bağlı araşdırma başlanıb.

Mənbə
KAİM.az