Top.Mail.Ru

DÜNYA

Boris Conson: “Əfqanıstana hərbi müdaxilə məsələsinə baxılmır”

Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Əfqanıstandakı vəziyyətə hərbi müdaxilə məsələsinə baxılmır.

“Kaim” xəbər veirr ki, baş nazir bunu “Sky News”un efirində deyib.

“Böyük Britaniyanın və ya hər hansı digər qüvvənin vəziyyətə hərbi müdaxilə etmək məsələsində real olmaq lazımdır. Əmin ola biləcəyimiz yeganə məsələ, Əfqanıstanın yenidən terror yuvasına çevrilməməsi üçün bölgədəki və dünyadakı müttəfiqlərimizlə birgə işləməkdir. London bunun üçün diplomatik və siyasi rıçaqlardan istifadə etmək niyyətindədir”,-deyə, nazir bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Baş nazir əlavə edib ki, Əfqanıstanda vəziyyətin pisləşməsi fonunda Britaniya vətəndaşları və İngiltərə təşkilatlarının əfqan işçiləri təxliyə ediləcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button