Top.Mail.Ru

DÜNYA

Kanada Əfqanıstandan 20 min qaçqını qəbul etməyə hazırdır

Kanada radikal “Taliban” hərəkatının yaraqlılarının hücumu fonunda həssas qruplardan olan 20 min Əfqanıstan vətəndaşını qəbul etmək niyyətindədir.

“Kaim” xəbər verir ki, bu barədə ölkənin İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Vəziyyətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Taliban” Əfqanıstanda daha çox ərazini ələ keçirərkən, həyatı təhlükə altında olan bir çox mülki şəxs ölkəni tərk edib:

Loading...
Yazının davamı reklamdan sonra

“Bu gün artan humanitar böhrana kömək etmək üçün İmmiqrasiya, Qaçqınlar və Vətəndaş Vəziyyəti naziri Marko Mendiçino, Müdafiə naziri Harjit Sinqh Sajan və Xarici İşlər naziri Mark Qarno bəyan edib ki, Kanada “Taliban”a görə həyatı təhlükəsi olan 20 min Əfqanıstan vətəndaşını qəbul edəcək”.

Bundan əlavə, Kanadada bu saydan artıq gələn qaçqınlara kömək etmək üçün xüsusi proqramlar həyata keçirəcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button