DÜNYA
Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatıb

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.
“Kaim” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.
Loading...
Yazının davamı reklamdan sonra
Hazırda itkin düşən 1 nəfərin axtarışları gedir. 9 nəfərin müalicəsi isə davam etdirilir.
Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.
Mənbə
KAİM.az