Top.Mail.Ru

DÜNYA

Pakistan səfiri: “Əfqanıstanda tərəflərin qarşılıqlı faydalı həll yolu tapa biləcəyinə inanırıq”

“Pakistan hər zaman Əfqanıstanda uzanan münaqişənin siyasi həllini dəstəkləyib”.

Bunu “Kaim”a Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hai Pakistanın müstəqilliyinin 74 illiyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Pakistan Əfqanıstanda baş verənlərdən ən çox zərər çəkən sərhəd ölkəsidir.

Loading...
Yazının davamı reklamdan sonra

Bilal Hai onu da bildirib ki, Pakistan Əfqanıstanla sərhədi müvəqqəti bağlasa da, hazırda sərhəd açıqdır: “Əsas məqsədimiz nəzarət edilə bilinməyən qanunsuz miqrasiyanın və sərhədlərarası hərəkətin qarşısını almaqdır. Pakistan Əfqanıstanda sülh, firavanlıq və sabitlik olması düşüncəsinə sadiqdir. Ölkəmiz keçmişdə Əfqanıstandan olan qaçqınları qəbul edib. Əlbəttə, lazım gələrsə, əfqan qaçqınlara kömək etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ancaq Əfqanıstanda tərəflərin qarşılıqlı faydalı həll yolu tapa biləcəyinə inanırıq. Çünki Əfqanıstanda sülh həm Mərkəzi, həm də Cənubi Asiyada sülh deməkdir”.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button