Top.Mail.Ru

DÜNYA

Rusiyada helikopter qəzasında ölən daha 3 nəfərin meyiti tapılıb

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterinin göyərtəsində olan daha 3 nəfərin meyiti tapılıb.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, ölənlərin meyitləri Kuril gölündə aşkarlanıb və sahilə çıxarılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, avqustun 12-də Rusiyanın Kamçatka diyarında “Mi-8” helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində 8 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb. Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki Kurilsk gölə düşüb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button