Top.Mail.Ru

DÜNYA

İranda beşgünlük lokdaun elan edilib

İran hökuməti koronavirusla əlaqədar vəziyyətin ağırlaşması səbəbindən əlavə beş günlük istirahət olacağını və əyalətlər arasında hərəkətə qadağa qoyulduğunu açıqlayıb.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü respublikanın koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargahının rəsmi nümayəndəsi Alireza Raisi bildirib.

O vurğulayıb ki, hərəkət məhdudiyyətləri sabahdan başlayaraq şənbə günü səhər saatlarına qədər davam edəcək və bu müddətdə bütün qurumlar, ofislər və banklar fəaliyyətini dayandıracaq.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, avqustun 14-dək İranda 4 389 085 koronavirusa yoluxma halı aşkarlanıb. 97 208 nəfər xəstəlik səbəbindən ölüb. Ümumilikdə 18 581 226 nəfər aşılanıb ki, onlardan 14 767 598 nəfərinə hələlik cəmi bir doza peyvənd vurulub.

İranda yeni yoluxma hallarında artım iyunun əvvəlindən bəri müşahidə olunur. İranın səhiyyə naziri Səid Namaki iyulun 27-də bildirib ki, ölkə koronavirusun beşinci dalğasının pik nöqtəsindədir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button