Top.Mail.Ru

DÜNYA

KİV: Əfqanıstan prezidenti istefa vermək istəyir

Əfqanıstan prezidenti Əşrəf Qani istefa verməyi düşünür və çox güman ki, tezliklə ölkəni tərk edəcək.

“Kaim” xəbər verir ki, bu barədə mənbələrə istinadən Hindistanın “News18” telekanalı məlumat yayıb.

“Prezident hələ də istefa haqqında düşünür və bunu etmək ehtimalı var”, – mənbə qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Bildirilib ki, Qani “Taliban” hərəkatı ilə atəşkəs barədə razılıq əldə etdikdən sonra vəzifəsini tərk edəcək.

Qeyd edək ki, “Al Mayadeen” telekanalı da Əfqanıstan prezidentinin ölkəni tərk edəcəyi barədə məlumat dərc etmişdi.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button