Top.Mail.Ru

DÜNYA

Nigeriyada müsəlman zəvvarlara hücum olub, 22 nəfər öldürülüb

Nigeriyanın mərkəzi hissəsindəki Plato ştatında ziyarətdən qayıdan zəvvarlara hücum zamanı azı 22 nəfər öldürülüb.

“Kaim” AFP-yə istinadən xəbər verir ki, bu barədə regionun polisinin nümayəndəsi Ubax Oqaba bildirib.

“Müsəlman zəvvarların olduğu beş avtobus karvanına hücum edilib, 22 insan öldürülüb, daha 14 nəfər yaralandılar”, – o bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Öz növbəsində Nigeriyanın “Premium Times Nigeria” qəzeti xəbər verir ki, yolda pusqu təşkil edilib. Nəşrin sözlərinə görə, hücumun motivləri hələlik naməlumdur.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button