Top.Mail.Ru

DÜNYA

Bayden ABŞ qoşunlarının Əfqanıstanda qalmamasının səbəbini açıqlayıb

Birləşmiş Ştatların prezidenti Cozef Bayden bildirib ki, Amerika qoşunları Əfqanıstanda “Taliban”a qarşı vuruşmaq üçün qalmayacaq.

“Kaim”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ağ Ev rəhbəri Əfqanıstanın silahlı qüvvələrinin radikallara qarşı vuruşmayacağı təqdirdə bunun mənasının olmadığını deyib.

Loading...
Yazının davamı reklamdan sonra

“Əgər əfqan hərbçiləri bacarmırlarsa və ya özləri ölkəni qoruyub saxlamağa başlamasalar, daha 1 il və ya 5 il hərbi mövcudluq vəziyyəti dəyişdirməyəcək”, – Baydenin bəyanatında deyilir.

Amerika Birləşmiş Ştatları prezidentinin sözlərinə görə, o, Amerika hərbçilərinin başqa ölkədə vətəndaş qarşıdurmasında iştirakını qəbul etmir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button