Top.Mail.Ru

DÜNYA

“Taliblər” Kabilin döyüşsüz təhvil verilməsi ilə bağlı danışıqlara başlayıb

Radikal “Taliban” hərəkatı öz döyüşçülərinəə Əfqanıstanın paytaxtı Kabilə daxil olmamaqla bağlı göstəriş verib. Hazırda hökumət üzvləri ilə şəhərə sülh yoluyla daxil olmaq barədə danışıqlar aparılır.

“Kaim” xəbər verir ki, bu barədə 1TV News telekanalı radikallara istinadən məlumat yayıb.

Hakimiyyət orqanları radikallarla danışıqların başlaması barədə hər hansı xəbər yaymayıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Daha əvvəl xəbər verilib ki, silahlılar paytaxtın qərbindəki Kabil Universitetinə nəzarəti ələ alıblar.

Öz növbəsində “Taliban”ın rəsmi nümayəndəsi Zabihulla Mücahid özünün tvitterdəki hesabında bildirib ki, “Taliban” rəhbərliyi döyüşçülərinə Kabilə hücum etməmək barədə əmr verib.

“Biz döyüşçülərimizə Kabilin girişində dayanmağı, şəhərə hücum etməməməyi əmr etdik”, – o yazıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button