Top.Mail.Ru

DÜNYA

Yüzlərlə məhbus həbsxanadan QAÇIB

Əfqanıstanda yüzlərlə məhbus həbsxanadan qaçıb.

Bu barədə Kaim.az Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, həbsxanadan kütləvi qaçış ölkənin şərqindəki Çarikare şəhərində qeydə alınıb. Əfqanıstan polisi qaçışın həbsxana müdirinin səhlənkarlığı ucbatından olduğunu bildirib. Mühafizəçilər qanun pozucularına atəş açaraq onları dayandırmağa çalışıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd olunur ki, həbsxanada “Taliban” hərəkatının silahlıları da daxil olmaqla, təxminən 600 nəfər olub.

Vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Əfqanıstan sakinləri həyat üçün təhlükə yaradan yaşayış məntəqələrini tərk etməyə çalışırlar. Küçələrdə nəhəng tıxaclar yaranıb.

Xatırladaq ki, bir qədər əvvəl silahlılar ölkəyə nəzarəti tam ələ aldıqlarını açıqlayıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button