Top.Mail.Ru

DÜNYA

Ukraynada mer öz evində ÖLÜ TAPILIB

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin meri Konstantin Pavlovun meyiti tapılıb.

KAİM.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” internet nəşri məlumat yayıb.

“Dnepropetrovsk vilayətinin valisi Valentin Rezniçenko Konstantin Pavlovun ölümünü təsdiqləyib”, – nəşr xəbər verir.

Loading...
Yazının davamı reklamdan sonra

Valinin sözlərinə görə, Pavlovun meyiti evin eyvanında tapılıb, yaxınlıqda ov tüfəngi olub. Hazırda onun ölümünün səbəbi müəyyənləşdirilir.

48 yaşlı K.Pavlov ikinci çağırış Ali Radanın deputatı idi. 2020-ci ilin dekabr ayında Krivoy Roqun meri təyin edilib.

Qeyd edək ki, Krivoy Roq Ukrayna prezidenti Vladimir Zelenskinin doğma şəhəridir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button