Top.Mail.Ru

DÜNYA

ABŞ və Fransanın Əfqanıstandakı səfirləri Kabil hava limanına GƏTİRİLİB

ABŞ-ın Əfqanıstandakı səfiri diplomatik korpusun yerləşdiyi binadan təxliyə edilərək Kabildəki hava limanına gətirilib.

Bu barədə KAİM.az “CBS”yə istinadən xəbər verir.

Bundan başqa, Fransanın Əfqanıstandakı səfiri də Kabildəki hava limanına gətirilib. Bunu Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian bəyan edib. Onun sözlərinə görə, səfirlik fəaliyyətini hava limanında davam etdirəcək. Nazir əlavə edib ki, fransızlara yardım edən əfqanlar da ölkədən təxliyə ediləcək:

Loading...
Yazının davamı reklamdan sonra

“Bu ilin may ayından fransızlarla əməkdaşlıq edən 600 əfqan ölkəni tərk edib. Hazırda Kabil hava limanında viza verilməsini sürətləndirmək üçün mümkün olan hər şey edilir”.

Qeyd edək ki, “Taliban”ın üzvləri prezident sarayına daxil olub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button