Top.Mail.Ru

DÜNYA

Pentaqon: “Taliblər” Kabildə ABŞ qoşunlarına hücum etmir”

Əfqanıstanın radikal “Taliban” hərəkatı Amerika qoşunlarına və Kabil aeroportunda onlar tərəfindən təxliyyə edilən mülki personala hücum cəhdlərinə təşəbbüs etmir.

Kaim.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

“Sizinlə söhbətimiz zamanı nə əməliyyata, nə də hava limanında insanlarımıza hücum qeydə alınmadı”, – Kirbi jurnalistlərə deyib.

Loading...
Yazının davamı reklamdan sonra

O, əlavə edib ki, Qətərdə “taliblər”in liderləri ilə görüşdə Amerika hərbçiləri onlara radikallar tərəfindən istənilən təcavüzkar hərəkətə güc yolu ilə cavab veriləcəyini başa salıblar.

Pentaqonun nümayəndələri bildiriblər ki, aeroportda bir neçə atışma hadisəsi olub, amma bu insidentlərdə “Talibanı”ı ittiham etmirlər. Qeyd edək ki, hadisə zamanı bir Amerika hərbçisi yüngül xəsarət alıb. O, artıq xidmətə qayıdıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button