DÜNYA
Özbəkistan XİN: “Taliban”la təmasları dəstəkləyirik”

Özbəkistan Xarici İşlər Nazirliyi Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ilə təmaslar barədə məlumat yayıb.
KAİM.az “TASS”a istinadən xəbər verir ki, məlumatda Özbəkistan hakimiyyətinin sərhədlərin mühafizəsi və sərhədyanı bölgələrdə sabitliyin qorunması üçün “Taliban”la sıx təmasları dəstəklədiyi ifadə olunub.
Bildirilib ki, Özbəkistanın Kabil və Məzari-Şərif şəhərlərindəki diplomatik missiyaları fəaliyyətini davam etdirir.
Loading...
Yazının davamı reklamdan sonra
Həmçinin sərhədlərin pozulması ilə bağlı istənilən addıma qarşı Özbəkistan qanunvericiliyinə uyğun tədbirlər görüləcəyi qeyd olunub.
Mənbə
KAİM.az