Top.Mail.Ru

DÜNYA

Əfqanıstanın vitse-prezidenti özünü ölkənin müvəqqəti başçısı ELAHN EDİB

Ə.Saleh respublika qanunlarına görə, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci vitse-prezidentin müvəqqəti olaraq ölkəyə rəhbərlik edəcəyini xatırladıb. Onun sözlərinə görə, hazırda ölkə daxilindədir və dəstək almaq üçün dünya liderləri ilə əlaqə qurur.

Siyasətçi həmçinin Əfqanıstan xalqını radikal “Taliban” silahlılarına qarşı müqavimətə qoşulmağa çağırıb. O qeyd edib ki, respublika əhalisi Əfqanıstanın Vyetnam, “Taliban” silahlılarının isə vyetnamlı partizanlar olmadığını sübut etməlidir.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, avqustun 15-də “Taliban” Kabilə daxil olduğunu və Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdiyini bəyan edib. Prezident Əşrəf Qani dərhal ölkəni tərk edib. Bəzi məlumatlara görə, siyasətçi ölkədən qaçarkən özü ilə birlikdə böyük məbləğdə pul aparıb. Kreml bildirib ki, siyasətçi ölkədən biabırçı şəkildə qaçdığı üçün Əfqanıstan xalqı qarşısında cavab verməlidir. //Report

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button