DÜNYA
“Taliban”: “Əfqanıstanda KİV-in fəaliyyətinə icazə VERİLƏCƏK”

“Taliban” sözçüsü Zabiullah Mücahid Əfqanıstanda söz və mətbuat azadlığına hörmət ediləcəyini vəd edib.
KAİM.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Mücahid bildirib ki, informasiya azadlığı cəmiyyət üçün faydalı olacaq və eyni zamanda liderlərin səhvlərini düzəltməyə kömək edəcək.
Xatırladaq ki, 1996-2001-ci illərdə Əfqanıstanda “Taliban” hakimiyyəti dövründə yalnız təbliğat və dini proqramlar yayımlayan radiostansiya (Radio Charia) istisna olmaqla, bütün kütləvi informasiya vasitələri qadağan edilmişdi.
Loading...
Yazının davamı reklamdan sonra
Mənbə
KAİM.az