DÜNYA
KİV: “Əfqanıstan hökumətinin ABŞ banklarındakı ehtiyatları dondurulub”

ABŞ rəhbərliyi Əfqanıstan hökumətinin bank ehtiyatlarını dondurub.
Bu barədə KAİM.az “Washington Post” qəzetinə istinadən xəbər verir.
Qəzetin yazdığına görə, söhbət milyardlarla dollardan gedir. Məlumata görə, qərar ABŞ maliyyə naziri Janet Yellen tərəfindən qəbul edilib və ABŞ Dövlət Departamentinin nümayəndələri də müzakirələrdə iştirak edib.
Loading...
Yazının davamı reklamdan sonra
“Əfqanıstan hökumətinin ABŞ-dakı bank aktivləri “Taliban”a verilməyəcək”, – məlumatda deyilir.
Mənbə
KAİM.az