Top.Mail.Ru

DÜNYA

Kabil aeroportunda izdiham və atışma nəticəsində 40 nəfər HƏLAK OLUB

Bazar ertəsindən Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanında izdiham və atışma nəticəsində azı 40 nəfər həlak olub.

KAİM.az xəbər verir ki, bu barədə “Taliban” radikal hərəkatının aeroportda olan komandirinə istinadən “Tolonews” telekanalı bildirib.

Hərəkat üzvünün məlumatına görə, insanlar “xarici qüvvələrin odlu silahı tətbiq etməsi” nəticəsində, həmçinin izdihama görə həlak olublar. O, əhalini hava limanına gəlməməyə və xaricə uçmağın mümkünlüyü ilə bağlı şayiələrə qulaq asmamağa çağırıb.

Loading...
Yazının davamı reklamdan sonra

Aeroporta gəlmiş vətəndaşlar telekanala bildiriblər ki, onlar ölkəni tərk etməyə ümid edirlər.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button