Top.Mail.Ru

DÜNYA

“BÖYÜK YEDDİLƏR” gələn həftə Əfqanıstanla bağlı onlayn sammit KEÇİRƏCƏK

ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı telefon söhbətinin gedişatında G7-nin (“Böyük yeddilər”) gələn həftə Əfqanıstanda vəziyyətə həsr edilmiş onlayn-sammitini keçirməyə razılaşdırıblar.

KAİM.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Onlar ümumi strategiyanı və yanaşmanı müzakirə etmək üçün gələn həftə G7 liderlərinin virtual görüşünü keçirməyə razılaşdırdılar”, – xəbərdə qeyd edilir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Britaniyanın baş naziri Boris Consonla ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Britaniyanın hökumət başçısı ABŞ-ın dövlət rəhbəri ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button