Top.Mail.Ru

DÜNYA

ABŞ “Taliban”ı terrorçulara dəstək verməkdə İTTİHAM EDİB

Radikal “Taliban” hərəkatı cari ilin aprelindən iyunun sonuna kimi Əfqanıstan ərazisində “Əl-Qaidə” terror təşkilatının silahlılarına sığınacaq verib.

KAİM.az “RİA Novosti”yə istnadən xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın Müdafiə Nazirliyi çıxış edib.

“Taliban” Əfqanıstanda “Əl-Qaidə”yə sığınacaq verərək, terror qruplaşması ilə əlaqə saxlamağa davam edib”, – Pentaqonun Konqresə sonuncu rübə dair hesabatında deyilir.

Loading...
Yazının davamı reklamdan sonra

Daha əvvəl “Taliban” hərəkatının nümayəndəsi Süheyl Şahin bildirib ki, “taliblər” “Əl-Qaidə”yə və başqa terror qruplaşmalarına Əfqanıstanın ərazisində fəaliyyət göstərməyə imkan verməyəcəklər.

Hesabatda həmçinin qeyd edilir ki, “İŞİD-Xorasan” son aylar Əfqanıstan hökumətini gözdən salmaq məqsədilə haimiyyətin ölkənin təhlükəsizliyi təmin edə bilmədiyini nümayiş etdirmək üçün infrastruktura hücumlar həyata keçirib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button