Top.Mail.Ru

DÜNYA

Son həftə ərzində dünyada 4,4 milyondan çox insan koronavirusa YOLUXUB

Ötən həftə ərzində dünyada 4,4 milyondan çox insan COVID-19 virusuna yoluxub, 66 min nəfərdən çox insan dünyasını dəyişib.

KAİM.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat açıqlayıb.

Son 7 gün ərzində qeydə alınmış yoluxma səviyyəsi əvvəlki həftə ilə müqayisədə 2 % çoxdur, ölüm səviyyəsi isə demək olar ki, eyni səviyyədə qalıb.

Loading...
Yazının davamı reklamdan sonra

Pandemiya baş qaldırandan indiyədək 206 714 291 nəfər koronavirusa yoluxub. Onlardan 4 353 434 nəfəri dünyasını dəyişib.

Məlumata görə, son həftə ərzində yoluxma hallarının sayına görə ilk 3-lüyü ABŞ (883 996), İran (269 975) və Hindistan (258 121) tutur.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button