DÜNYA
Rusiyada “MiQ-29” qırıcısı qəzaya UĞRAYIB

Rusiyanın Həştərxan vilayətində “MiQ-29” qırıcısı təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.
Bu barədə KAİM.az RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, qırıcı Aşuluk poliqonunun ərazisinə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib.
Loading...
Yazının davamı reklamdan sonra
Hadisə nəticəsində pilot vəfat edib. Qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə Aerokosmik Qüvvələrin Ali Komandanlığından komissiya göndərilib.
Mənbə
KAİM.az