Top.Mail.Ru

DÜNYA

Kabildə havaya qalxan təyyarədən yerə çırpılanlar QARDAŞ İMİŞ… – VİDEO

Xəbər verdiyimiz kimi, Əfqanıstan paytaxtı Kabildən havaya qalxan təyyarədən iki nəfər yerə çırpılıb.

KAİM.az xəbər verir ki, Talibanın Kabili ələ keçirməsindən sonra təyyarənin təkərindən yapışaraq qaçmağa çalışan, lakin ətrafdakı evlərin üzərinə çırpılan iki əfqanın kimlikləri bəlli olub.

“Daily Mail”in məlumatına görə, həmin şəxslər 16 və 17 yaşlı iki qardaş olublar.

Loading...
Yazının davamı reklamdan sonra

Hadisədən sonra gənclərin meyitləri ailələrinə təhvil verilib.

Bildirilib ki, hər iki oğul Kabil bazarında qarpız sataraq, analarına baxıb, həyatda qalmaq üçün zibil yeşiklərindən qidalanıblar.

Qeyd olunub ki, qadının onlardan başqa övladı yoxdur. Övladlarının ölümündən sonra qadının Taliban rejimində necə sağ qalacağı müəmmalıdır.

Xatırladaq ki, Taliban sözçüsü Suhail Şahen məsələyə görə məsuliyyət daşımadıqlarını, onların Əfqanıstanı kasıb ölkə olduğuna görə tərk etmək istədiklərini deyib.

KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxu
Close
Back to top button