Top.Mail.Ru

DÜNYA

Mövlud Çavuşoğlu: “Əfqanıstanda 1 500-dən çox VƏTƏNDAŞIMIZ VAR”

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Əfqanıstandakı son vəziyyəti dəyərləndirib.

KAİM.az “TRT Haber”ə istinadən xəbər verir ki, nazir Türkiyənin “Taliban”la təmaslarından danışıb.

“Hazırda “Taliban”la müxtəlif kanallarla əlaqə saxlayırıq. Həm Kabildə, həm də Dohada təmaslarımız var. İndi bunun olması da lazımdır. Qruplaşma Kabilə girmədən əvvəl siyasi qanadı Türkiyəyə dəvət etmişdik. Bilirsiniz ki, hava limanı ilə bağlı fikir ayrılıqları var idi. Əfqanıstanda təqribən 1 500 vətəndaşımız var. Təxliyə işləri davam edir, amma onların hamısı qayıtmaq istəmir. Fikrini dəyişənlər var”, – Çavuşoğlu deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Nazir qurulacaq yeni hökumətlə bağlı da fikir bildirib: “Əvvəlcə hökumətin necə qurulacağını görmək lazımdır. Bu mövzuda mövqeyimizin eyni olması üçün bütün ölkələrlə görüşürük. Beynəlxalq birliklə birgə hərəkət edəcəyik. Hazırda ABŞ, Çin və Rusiya ilə həmfikirik”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button