Top.Mail.Ru

DÜNYA

Ermənistanda itkin düşənlərin ailələri Milli Təhlükəsizlik Xidmətinin binasına DAXİL OLUB

Ermənistanda itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ölkənin Milli Təhlükəsizlik Xidmətinin inzibati binasına daxil olublar.

KAİM.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar MTX rəhbəri Armen Abazyanla görüş tələb ediblər.

Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları görüşü küçədə gözləməyi tələb etsə də, etirazçılar binanı tərk etməkdən imtina ediblər. Valideynlərdən biri 10 aydır övladından xəbərsiz olduğunu bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Ermənistanda hazırda 321 nəfər itkin düşmüş hesab olunur. //Report

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button